DÜNYA


Əli Şamxani: İran regionda 3+3 formatında əməkdaşlığı dəstəkləyir

Tehran, 7 iyul, AZƏRTAC

İran İslam Respublikası keçmişdə olduğu kimi, Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması üçün öz imkanlarından istifadə etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Ali Təhlükəsizlik Şurasının katibi admiral Əli Şamxani Ermənistanın Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşündə deyib.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, regional məsələlərə də toxunulub. Əli Şamxani bildirib ki, regiondaxili əməkdaşlıq bölgədə sülhün və sabitliyin daimi xarakter daşımasını təmin edər. Bu səbəbdən də İran 3+3 (Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan, Rusiya) formatında əməkdaşlıq əlaqələrinin qurulması təklifini dəstəkləyir və əməkdaşlığa hazırdır.

Əli Şamxani Ermənistanla Azərbaycan Respublikası arasındakı problemin hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, o, səfərdən əvvəl jurnalistlərə İranın 13-cü hökumətinin xarici siyasət kursunun yaxın qonşularla əlaqələri inkişaf etdirməkdən ibarət olduğunu bildirmişdi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.