DÜNYA
Ali komissar Cozep Borell: Sabitlik üçün Avropa İttifaqının Türkiyə ilə əməkdaşlıq etməsi vacib şərtdir
Ankara, 25 sentyabr, AZƏRTAC
Beynəlxalq və regional sabitlik üçün Avropa İttifaqının Türkiyə ilə əməkdaşlıq etməsi vacib şərtdir. Bunun üçün Türkiyə ilə yaxın əməkdaşlıq və koordinasiya əsasdır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borell sosial şəbəkə hesabında deyib.
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi ikitərəfli görüşün əhəmiyyətli olduğunu diqqətə çatdıran Avropa İttifaqının Ali komissarı Cozep Borell vurğulayıb ki, tərəflər görüş zamanı Aİ-Türkiyə münasibətləri ilə bərabər Kipr məsələsi, şərqi Aralıq dənizində və Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara