ELM VƏ TƏHSİL


Ali məktəbə qəbula hazırlaşan bir qrup gənc BDU-da

Bakı, 6 mart, AZƏRTAC

Şamaxıdan olan və ali məktəbə qəbula hazırlaşan bir qrup gənc Bakı Dövlət Universitetinə (BDU) ekskursiya edib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Həmin gənclər seçdikləri ixtisas qruplarına uyğun olaraq BDU-nun Hüquq, Mexanika-riyaziyyat, Coğrafiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri ilə tanış olublar. Fakültələrin laboratoriya, təcrübə və dərs otaqları ilə tanış olan gənclərə BDU-dakı ixtisaslar barədə məlumat verilib.

Gənclər Coğrafiya fakültəsində eksponat kimi saxlanılan Azərbaycanın ən böyük qlobusuna baxıb, sonra BDU-nun Təkamül təlimi, Faydalı qazıntılar muzeyləri, “Kod Academy” otaqlarında olublar.

Ekskursiya BDU-nun qarşısında xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.