ELM VƏ TƏHSİL


Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyənlər üçün yenidən təlimlər təşkil olunacaq 

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. 

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib.

Proqramda əsas təlim mövzuları aşağıdakılardır: 

- Pedaqoji fəaliyyətdə ilk addım; 

- Tədrisin planlaması və tətbiqi; 

- Ali təhsilin normativ-hüquqi tənzimlənməsi; 

- Təhsil prosesində müasir rəqəmsal texnologiyaların tətbiqi; 

- Elmi rəhbərlik; 

- Tədrisin idarə edilməsi; 

- Peşə etikası. 

Təlim iştirakçıları pedaqoqu xarakterizə edən xüsusiyyətlər və onun rollarını öyrənəcək, rəqəmsal texnologiyalardan rahatlıqla istifadə edə biləcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcəklər. Eyni zamanda, qiymətləndirmə və təlim metodlarını, sillabusların tərtib edilməsini mənimsəyəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər.

Onlayn formada baş tutacaq təlimlər ali təhsilli şəxslər üçün nəzərdə tutulub. Ödənişli əsaslarla keçirilən təlimləri bitirənlərə ARTİ tərəfindən sertifikat veriləcək.  

Təlimdə iştirak etmək istəyənlər avqustun 4-dək qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.