ELM VƏ TƏHSİL


Ali məktəblərə və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün başa çatır

Bakı, 8 iyun, AZƏRTAC

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ərizənin təsdiqi DİM-in informasiya sistemlərində abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən “Abituriyentin elektron ərizəsi” forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir).

Abituriyentlərin böyük əksəriyyəti ərizələrini özləri təsdiq edirlər. Həmin abituriyentlər ərizələrini 8 iyun saat 23:59-dək təsdiq etməlidirlər.

Elektron ərizələrini sənəd qəbulu komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər onu doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə ərizələrini iyunun 8-i saat 17:00-dək SQK-ların birində təsdiq etdirməlidirlər.

SQK-ların ünvanları: http://dim.gov.az/news/6691/

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız ərizəsini təsdiq etmiş (etdirmiş) abituriyentlər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.