ELM VƏ TƏHSİL


Ali məktəblərin akkreditasiyasında iştirak edəcək ekspertlər təlimlərə cəlb olunublar

Ali məktəblərin akkreditasiyasında iştirak edəcək ekspertlər təlimlərə cəlb olunublar

Bakı, 9 dekabr, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün təlimlər keçirilir.

Bu barədə AZƏRTAC-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Təlimlərə agentlik tərəfindən yaradılmış “Ekspert bankı”na müraciət etmiş və müəyyən olunmuş minimal tələblərə cavab verən namizədlər cəlb olunurlar.

Təlimlərdə ekspertlərə Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə təlimat və standartlara, ali təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara, təhsil müəssisələrinin akkreditasiyası qaydalarına və ali təhsil müəssisəsinin institusional qiymətləndirilməsi meyarlarına dair geniş məlumat verilir.

Ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi proseslərində ekspert qismində iştirak etmək istəyən namizədlər keçid vasitəsilə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.