ELM VƏ TƏHSİL


Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə IV ixtisas qrupu üzrə müsabiqə şərtləri

Bakı, 6 sentyabr, AZƏRTAC

Ali məktəblərin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başlanıb.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, IV ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Bağçılıq və tərəvəzçilik, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.