ELM VƏ TƏHSİL


Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin nəzərinə

Bakı, 10 iyun, AZƏRTAC

Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən dizayn (14), dekorativ sənət (15), məşqçilik (61), fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Qeyd olunub ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında da məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.