Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Ali qonağın şərəfinə

Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin şərəfinə rəsmi ziyafət verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç ziyafətdə çıxış etmişlər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Cənab Sədr!

Birinci xanım!

Hörmətli qonaqlar!

Sizi ölkəmizdə bir daha salamlamaq istərdim. Çox şadam ki, Siz ölkəmizdə səfərdəsiniz. Sizin bu gün və sabah çox gərgin səfər proqramınız vardır. Əminəm ki, ölkəmizlə daha da yaxından tanışlıq, insanlarla ünsiyyət Azərbaycan haqqında Sizdə maraqlı təəssürat yaradacaqdır.

Bu gün görüşümüz zamanı da qeyd etdiyim kimi, biz ölkələrimiz arasında daha sıx və səmimi əlaqələri yenidən qurmalıyıq. Sarayevo və Bakı arasında qardaşlaşmış şəhərlər razılaşmasından 40 il sonra Bosniya və Herseqovinanın Sədri münasibətlərimizin tarixində ölkəmizə ilk dəfə rəsmi səfər edib. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı uğurla davam etdiriləcəkdir. Amma bu səfər hər zaman tarixdə yüksək səviyyəli nümayəndə heyətinin ilk rəsmi səfəri kimi qalacaqdır.

Bu gün apardığımız müzakirələr və imzaladığımız sənədlər ikitərəfli münasibətlərin inkişafına çox yaxşı zəmin yaradır. Əminəm ki, hökumətlərimiz arasında daha çox razılaşmalara nail olmaq üçün bundan sonra da qanunvericilik formatı ilə bağlı fəal iş aparmalıyıq. Bu, bizim əməkdaşlığımız üçün vacibdir. Lakin eyni zamanda, bizim bütün səviyyələrdə daha çox təmaslara ehtiyacımız vardır: siyasi, işgüzar, ictimai və mədəniyyət xadimləri səviyyəsində. Biz tammiqyaslı əməkdaşlığa nail ola bilərik. Biz indiyə qədər siyasi əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və eləcə də iqtisadi əməkdaşlığın yaxşı perspektivləri üçün çox möhkəm zəmin yaratmışıq. Lakin əminəm ki, qarşıdakı illərdə əlaqələrimiz daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Bir daha qeyd edirəm ki, bu gün tarixi bir gündür. Mən Sizinlə görüşməyimə çox şadam. Əminəm ki, ölkəmizə səfərinizi unutmayacaqsınız. Bir daha Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm.

X X X

 Sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İZETBEQOVİÇ çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident! Olduqca səmimi qəbula görə minnətdaram. Mən deməliyəm ki, şəhərinizin gözəlliyi bizi heyran edib. Şəhərinizin təmizliyi və gözəlliyi bizə son dərəcə xoş təəssürat bağışlayır. Sözün əsl mənasında, çox abad və gözəl şəhərdir. Bu, sizin necə xalq olduğunuz haqqında çox şey deyir. Sizin də qeyd etdiyiniz kimi, bizim oxşar cəhətlərimiz, bənzər tariximiz vardır. Ölkələrimiz və xalqlarımızın üzləşdikləri reallıqlar, 1990-cı, 1992-ci, 2003-cü illərdə baş verənlər və bir sıra ağrılı hadisələr bizi birləşdirir. Bu gün də qeyd etdiyim kimi, biz həmişə Sizin yanınızda olacağıq.

İyirmi il əvvəl burada baş verdiyi kimi, sərhədlərin zorakılıqla dəyişdirilməsi qeyri-mümkün və qəbuledilməzdir. Beləliklə, biz ölkəmizin ərazi bütövlüyü naminə mübarizəmizi sülh yolu ilə davam etdirəcəyik. Düşünürəm ki, gələcəyimiz daha parlaq və daha yaxşı olacaqdır. Atalarımız həmin ağrılı-acılı, eyni zamanda, şərəfli dövrdə ölkələrimizi idarə ediblər, ölkələrimizin suverenliyinin bünövrəsini qoyublar. Deyə bilərəm ki, artıq biz tariximizin kəşməkəşli dövrünü yaşayıb, hazırda davamlı inkişaf yolundayıq. Biz daha parlaq gələcək qurmaq əzmindəyik.

Mən Sizə ən xoş arzularımı çatdırıram. Siz bizim dəstəyimizə etibar edə bilərsiniz. Mən Sizin Bosniya və Herseqovinaya səfər etməyinizi və ölkələrimizin birlikdə sərmayələr qoymasını gözləyirəm. Təşəkkür edirəm.          

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO