Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Ali qonağın şərəfinə

Bakı, 21 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, noyabrın 21-də Sinqapur Respublikasının Prezidenti Toni Tanın adından bu ölkədə dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilmişdir.

Dövlət başçıları rəsmi naharda nitq söyləmişlər.

Sinqapur Prezidenti Toni Tanın

nitqi

- Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri İlham Əliyev!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Zati-aliləri, Sizi və hörmətli nümayəndə heyətinizi Sinqapurda salamlamaqdan şərəf duyuram. Sizin səfəriniz Azərbaycanın dövlət başçısının Sinqapura ilk səfəridir və ikitərəfli münasibətlərimizdə tarixi mərhələni əks etdirir. On səkkiz il bundan əvvəl diplomatik münasibətlərimiz qurulandan bəri Sinqapur ilə Azərbaycan arasında ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Son bir neçə ildə çoxsaylı əlamətdar hadisələr baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2010-cu ilin mart ayında Sinqapura səfər edən ilk Azərbaycan naziri olub. Bundan iki həftə sonra isə o vaxtkı xarici işlər nazirimiz Corc Yeo Azərbaycana rəsmi səfər edib. Səfər çərçivəsində o, Sizin iştirakınızla Sinqapurun “Keppel” şirkəti tərəfindən Bakıda inşa ediləcək yeni gəmiqayırma zavodunun təməlqoyma mərasimində iştirak etmək şərəfinə nail olub. Bu gün biz Sizin ölkəmizə dövlət səfərinizin reallaşmasından həqiqətən fəxarət hissi duyuruq.

Münasibətlərimiz ümumi maraq və qarşılıqlı ehtirama söykənir. Daha iri dövlətlərlə əhatə olunmuş kiçik ölkələr kimi, biz beynəlxalq təşkilatların və çoxtərəfli forumların əhəmiyyətini alqışlayırıq. Buna görə də təəccüblü deyil ki, ölkələrimiz Qoşulmama Hərəkatında və bu il 20 illiyi qeyd olunan “Kiçik Dövlətlərin Forumu” kimi beynəlxalq tədbirlərdə yaxşı əməkdaşlıq edirlər. Sizin Sinqapura səfəriniz ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması üçün yaxşı zəmin yaradacaqdır. Səmimi qəlbdən inanıram ki, münasibətlərimizin siyasi, iqtisadi və digər sahələrdə böyük potensialı vardır.

Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Keçən il ölkənizdə 7,6 faiz artım müşahidə olunub və bu gün Azərbaycan dünyada iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkələrdən birinə çevirib. Sinqapur şirkətləri regiondan kənarda imkanları əhəmiyyətli dərəcədə nəzərdən keçirir və mən inanıram ki, Azərbaycan biznes qurmaq üçün onlara daha cəlbedici olacaqdır. Bu, artıq bizim artmaqda olan ticari və sərmayə əlaqələrimizdən də bəllidir. 2000-2012-ci illər arasında ikitərəfli ticarət dövriyyəsi iki dəfədən çox artaraq 200 milyon Sinqapur dollarına çatıb. Bir sıra yaddaqalan uğurlarımız olub. Məsələn, “Keppel Offshore and Marine” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkəti ilə 52 hektar sahəsi olan yeni gəmiqayırma zavodu və tərsanənin inşasına, idarə olunmasına dair əməkdaşlıq haqqında saziş imzalayıb. Eyni zamanda, “Keppel” şirkəti ARDNŞ ilə birgə 1997-ci ildə Xəzər Gəmiqayırma Şirkətini yaradıblar. Bu, Xəzər regionunda ilk beynəlxalq neft-qazma qurğuları, təmiri və modernləşdirilməsi üzrə zavod idi. “Surbana Corporation”, “Sembcorp” və “Franklin Offshore Group” kimi bir sıra Sinqapur şirkətləri də Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. İnanıram ki, bu cür səylər bizim qarşılıqlı faydalı tərəfdaşlığımızın müsbət əlamətidir. Ümid edirəm ki, Zati-aliniz ölkələrimiz arasında daha sıx iqtisadi əməkdaşlığa dəstək verməyə davam edəcəkdir.

Azərbaycan zəngin tarixə və mədəniyyətə, rəngarəng adət-ənənələrə malik olan ölkədir və Sinqapur sizin müxtəlifliyinizdən və mədəni irsinizdən çox şey öyrənə bilər. Azərbaycan kimi, Sinqapurda da biz mədəni müxtəlifliyə dəyər veririk, il boyu müxtəlif dini və etnik bayramlar, festivallar keçiririk. Ölkələrimizin mədəniyyət və incəsənət sahəsində əməkdaşlığı üçün fürsətləri səbirsizliklə gözləyirəm. İnanıram ki, Sizin səfəriniz əksəriyyəti səyahət həvəskarı olan sinqapurlularda ölkənizin gözəlliklərinə daha çox maraq oyatdı.

Zati-aliləri, əminəm ki, Sizin Sinqapura səfəriniz Azərbaycan ilə Sinqapur arasında münasibətlərin çiçəklənməsinə səbəb olacaqdır.

Prezident İlham Əliyevin

nitqi

- Zati-aliləri cənab Prezident!

Əziz dostlar!

Cənab Prezident, hər şeydən öncə, mənə və nümayəndə heyətimin üzvlərinə göstərdiyiniz səmimi qonaqpərvərliyə və gözəl ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Dünəndən bəri ölkənizin müstəqillik illərində əldə etdiyi inkişaf və tərəqqi mənə böyük təəssürat bağışlayır. Bu gün Sinqapur inkişaf, sosial müdafiə, investisiya imkanları və beynəlxalq aləmə açıq olmaq baxımından dünyada lider ölkələrdən biridir.

Xalqlarımız və ölkələrimiz arasında bir çox bənzərliklər vardır. Azərbaycan da inkişaf etməkdə olan müstəqil ölkədir. Bizim üçün müstəqillik illərində keçid dövrü güclü dövlətçilik, eyni zamanda, bazar iqtisadiyyatı və yaxşı investisiya imkanları deməkdir. Ölkənizin nümunəsi yenicə müstəqil olan ölkələr üçün olduqca cəlbedicidir. Buna görə də ölkələrimiz arasındakı əməkdaşlıq təbii olaraq sürətlə və uğurla inkişaf edir. Digər bənzərlik isə Sizin də qeyd etdiyiniz kimi, ölkələrimizin çoxmədəniyyətli olmasıdır. Bu, ölkələrimizin əldə etdiyi ən böyük müsbət keyfiyyətlərdən biridir. Müxtəlif etnik və dini qrupların nümayəndələrinin sülh şəraitində birgə yaşaması ənənələri regionda həqiqətən olduqca xüsusi bir mühit yaradır. Sinqapur kimi Azərbaycan da multikulturalizm prinsiplərinə yüksək dəyər verir. Buna görə də bizim cəmiyyətlərimiz bütün insanlara öz iradələrini ifadə etməyə, eləcə də sülh və əmin-amanlıq şəraitində yaşamağa imkanlar yaradır.

Təbiidir ki, ölkələrimiz arasındakı münasibətlər olduqca uğurla inkişaf edir və mən deyərdim ki, siyasi əlaqələr çox güclüdür. Mənim ölkənizə ilk dövlət səfərim siyasi əlaqələrimizin bir təzahürüdür. Biz bir çox sahələrdə və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal şəkildə işləyir və əməkdaşlıq edirik. Keçən ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi zamanı bizə verdiyi dəstəyə, həmçinin Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipləri əsasında həlli ilə bağlı qəbul edilən qətnaməyə səs verdiyinizə görə ölkənizə təşəkkür edirəm. Biz bu siyasi dəstək əlamətlərinə görə Sizə təşəkkür edirik. Biz də öz növbəmizdə bütün beynəlxalq təşkilatlarda Sinqapuru dəstəkləməyə davam edəcəyik.

Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizlik və sabitliyə ən böyük təhlükədir. Əfsuslar olsun ki, müstəqilliyimiz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğal olunması, azərbaycanlılara qarşı etnik təmizləmə və 1 milyon soydaşımızın öz doğma şəhər və kəndlərindən qovulması, öz vətənində qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnən bu münaqişə ilə qeyd olundu. Beynəlxalq ictimaiyyət bu münaqişənin həlli ilə bağlı öz yanaşmasını ifadə edib və bu münaqişə ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Buna görə də Qoşulmama Hərəkatına üzv ölkələrin sammiti zamanı Sinqapurun yekdil dəstəyi ədalətə və beynəlxalq hüquqa dəstək əlaməti idi. Ona görə də düşünürəm ki, biz gələcəkdə fəal şəkildə əməkdaşlıq etməyi və siyasi əlaqələrimizi gücləndirməyi davam etdirəcəyik.

Cənab Prezident, bu imkandan istifadə edərək mən dialoqumuzu davam etdirmək üçün Sizi bir daha münasib bildiyiniz vaxtda Azərbaycana dövlət səfərinə dəvət edirəm. Bu gün biz həm də iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Siz çıxışınızda bu əməkdaşlığın müsbət nümunələrini qeyd etdiniz. Bizim, həqiqətən də yaxşı nümunələrimiz vardır. “SOCAR” və “Keppel” arasındakı əməkdaşlığın artıq uzun tarixi və ənənələri mövcuddur. İndi isə bu əməkdaşlıq yeni sahələri əhatə edərək uğurla inkişaf edir. Azərbaycanda tərsanə inşası bizə regiondakı bütün dövlətlərin faydalana biləcəyi güclü Xəzər donanmasını yaratmağa imkan verəcəkdir. Biz qədim İpək Yolu üzərində yerləşirik. Azərbaycan ilə Avropa arasında dəmir yolu xəttinin inşası və bunun Xəzər dənizi vasitəsilə Asiya regionunu birləşdirməsi, yüklərin daşınması üçün əlavə gəmilərin alınması - bütün bunlar bizim regionun inkişafına töhfəmiz olacaqdır. Düşünürəm ki, tarixi İpək Yolunun bərpası bu regionda yerləşən bütün ölkələr üçün çox vacibdir.

Biz, həmçinin iqtisadi əlaqələri genişləndirməyi və bu sahədə qarşılıqlı faydalı biznes əlaqələrinin inkişaf etdirilməsi üçün digər imkanları da araşdırmağı düşünürük. Fikrimcə, ölkələrimizin biznes dairələri bir araya gəlməli və müxtəlif istiqamətlərdə məsələləri müzakirə etməlidirlər. Azərbaycan inkişaf edir, cənab Prezident, Sizin də qeyd etdiyiniz kimi, ümumi daxili məhsulun artımı çox sürətlə gedir və son 9 ildə bu, 300 faiz təşkil edib. Daha çox Sinqapur şirkətlərini həm investor, həm də podratçı qismində Azərbaycana işləməyə dəvət etmək üçün çoxlu imkanlar vardır. Biz də öz növbəmizdə investisiya planlarımızla bağlı yeni imkanları nəzərdən keçiririk. Sizin ölkəniz bunun üçün ən əlverişli məkanlardan biridir. Çünki müstəqillik illərində Siz çox güclü iqtisadiyyat qurmağa nail olmusunuz. Qeyd etdiyim kimi, müxtəlif mədəniyyətlərə malik cəmiyyət, siyasi baxımdan sabit vəziyyət. Ona görə də indi Sinqapur artıq bütün dünya üçün çox məna kəsb edir. Sizin transformasiyanız və uğurunuz əvvəldə qeyd etdiyim kimi, transformasiyaya, eləcə də bu potensialdan öz xalqları və qonşuları üçün istifadə etməyə ehtiyacı olan bir çox ölkələr üçün yaxşı nümunədir.

Bizim, həmçinin humanitar, mədəni mübadilə və təhsil sahələrində əməkdaşlıqla bağlı böyük planlarımız vardır. Şadam ki, gənc azərbaycanlılar sizin universitetlərinizdə təhsil alırlar və ümid edirəm ki, Azərbaycandan bir çox insanlar sizin ölkənizə təhsil almağa və müxtəlif sahələrdə yaxşı mütəxəssis olmağa gələcəklər.

Cənab Prezident, mən bir daha Sizə səmimi qonaqpərvərliyə və dəvətinizə görə təşəkkürümü bildirmək istərdim. Dünən axşam və bu gün gördüklərimin məndə necə yüksək təəssürat yaratdığını bir daha qeyd etmək istərdim. Sizi və xalqınızı bu böyük uğura görə təbrik etmək istəyirəm. Sizə və Sinqapur xalqına ən xoş arzularımı çatdırır, yeni nailiyyətlər diləyirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib