ELM VƏ TƏHSİL
“Ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə giriş” təlimləri yekunlaşıb
Bakı, 10 may, AZƏRTAC
Təhsil İnstitutu tərəfindən ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslər üçün keçirilən təlimlər yekunlaşıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas mövzuları pedaqoji fəaliyyətdə ilk addım, tədris planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, təhsil prosesində rəqəmsal texnologiyaların tətbiqi, elmi rəhbərlik, tədrisin idarə edilməsi, peşə etikası olub.
Təlimləri institutun əməkdaşları aparıb.
Yekunda 8 nəfər təlimlərdə müvəffəqiyyətlə iştirakına görə sertifikat qazanıb.
İnstitut tərəfindən təlimlərin növbəti aylarda yenidən təşkil olunması gözlənilir.