ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrində tədqiqat, ixtira və innovasiyalarla bağlı sorğunun nəticələri açıqlanıb

Bakı, 6 may, AZƏRTAC

Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən sorğunun növbəti nəticələrini təqdim edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Tİİ fəaliyyətlərinin vəziyyətinin monitorinqi və qiymətləndirilməsi məqsədilə keçirilən sorğuda 20 ali təhsil müəssisəsi (13-ü Təhsil Nazirliyinə, 6-sı digər nazirliklərə tabe, 1-i özəl olmaqla) iştirak edib.

Ali məktəblərdə Tİİ fəaliyyətlərini gücləndirmək üçün rəqabətli maliyyələşmənin müvəffəqiyyətlə əldə edilməsi, tətbiqi və idarə olunması məqsədilə tədqiqatçıların mümkün qrant elanları, qrant müsabiqələrinə müraciət prosedurları barədə məlumatlandırılmasına ehtiyac var. Mövcud qanunvericiliklə yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində azı 20 qrantın alınması ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələbdir. Bu məqsədlə universitetlər daxilində aidiyyəti üzrə strukturun mövcudluğu, qrant dəstəyi göstərən strukturun vəzifələri, Tİİ fəaliyyətlərinin maliyyə mənbəyi və ali təhsil müəssisələrinin qazandığı qrant məbləğləri araşdırılıb.

Sorğunun nəticələri ilə institutun saytındakı infoqrafikalarda tanış olmaq mümkündür.

Qeyd edək ki, Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarə edilməsinin gücləndirilməsi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.