ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən 9600 nəfərin ərizəsi təsdiqlənib

Bakı, 10 iyul, AZƏRTAC 

Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 17-dək internet vasitəsilə aparılır. İyulun 10-u saat 10:40-a olan məlumata görə, 9712 subbakalavr qeydiyyatdan keçib. Onlardan 9600 nəfərin ərizəsi təsdiqlənib.

Subbakalavrlar DİM-in ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra onun istifadəçi adı və parolundan istifadə etməklə internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.