ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə əlaqədar suallar cavablandırılıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin başlanması ilə əlaqədar onlayn mətbuat konfransı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, mətbuat konfransında abituriyent məsləhət mərkəzləri, abituriyentlərin ixtisas seçimi zamanı diqqət yetirməli olduğu məsələlər, ixtisas qrupları üzrə plan yerləri, abituriyentlərin bu il və ötənilki imtahan nəticələrinin müqayisəli təhlili və s. haqqında məlumat verilib.

Sədr ixtisas seçimi ilə bağlı artıq “Abituriyent” jurnalının 4-cü sayının çap edildiyini bildirib: “Valideynlərə və abituriyentlərə əsas çağırışım odur ki, hər bir kəs öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur”.

Sədr abituriyent məsləhət mərkəzlərinin bu il də fəaliyyət göstərəcəyini qeyd edib. O, abituriyentlərə ixtisas seçimi zamanı çətinlik çəkəcəkləri təqdirdə həmin mərkəzlərə müraciət etmələrini tövsiyə edib.

Mətbuat konfransını DİM-in “Facebook” səhifəsindən izləmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.