ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarından çıxarılmış mövzuların adları açıqlanıb

Bakı, 21 may, AZƏRTAC

Nazirlər Kabineti tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.

Dövlət İmtahan Mərkəzinin saytında təqdim edilən linkdə fevral ayında “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunmuş “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları” qısaldılmış formada verilir. Qısaldılmış variantında bölmə başlıqları nömrələnib və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.

Bu proqramların tam mətni ilə “Abituriyent” jurnalının 1-ci nömrəsində tanış olmaq mümkündür. Jurnalı Dövlət İmtahan Mərkəzinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/  saytından sifariş etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.