ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlər avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Abituriyentin qeyd edilən müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.