ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Bakı, 23 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, avqustun 23-ü saat 17:00-a olan məlumata görə, ali təhsil müəssisələrinə qəbul olunanların 89 faizi (o cümlədən dövlət sifarişi əsasında qəbul olunanların 97 faizi) qeydiyyatdan keçib.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə bu gün başlanıb və sentyabrın 2-də bitəcək.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.