ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir

Bakı, 16 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 min 881 plan yeri ayrılıb. Ötən il plan yeri 49 min 998 idi. Müqayisə etsək bu il 2 min 546 yer daha çoxdur. Plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.