ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ən yüksək göstərici I ixtisas qrupunda qeydə alınıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 44861 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ən yüksək göstərici I ixtisas qrupunda (13514) qeydə alınıb. Bu göstərici II qrup üzrə 11535, III qrup üzrə 12586, IV qrup üzrə 3572, V qrup üzrə 3654 nəfərdir. Göründüyü kimi, ən aşağı göstərici IV qrupda müşahidə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.