ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulu başa çatır

Bakı, 14 iyun, AZƏRTAC 

Birinci-beşinci ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, elektron ərizələrini sənəd qəbulu komissiyalarına müraciət etmədən təsdiqləyən abituriyentlər üçün son müddət iyunun 20-si saat 10:00-dək nəzərdə tutulub.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.