ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin akkreditasiyası davam edir

Bakı, 3 mart, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin akkreditasiya qiymətləndirilməsi davam edir. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, sözügedən ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi təqdim edilən “Özünütəhlil hesabatları” və ona əlavə olunan sənədlər əsasında məsafədən həyata keçirilir.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, adıçəkilən təhsil müəssisələri ilə onlayn formatda təşkil olunmuş akkreditasiya qiymətləndirilməsinin müsahibə mərhələsi başa çatıb. Müvafiq akkreditasiya komissiyaları tərəfindən qiymətləndirmə nəticəsi olan yekun hesabatların hazırlanaraq Təhsil Nazirliyinin Akkreditasiya Şurasının müzakirəsinə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən Akkreditasiya Şurası akkreditasiyanın nəticələrinə dair qərar qəbul etmək səlahiyyətinə malik olan orqandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.