ELM VƏ TƏHSİL


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 16 avqust, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

DİM-dən AZƏRTAC-a bildirilib ki, abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı avqustun 23-dən sentyabrın 2-dək aparılacaq.

Xatırladaq ki, avqustun 15-dən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi aparılır. Seçim avqustun 19-da başa çatacaq.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərinə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.