ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, abituriyentlər avqustun 22-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Onlar lazımi sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [18:17]
“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar
- 23.04.2024 [17:54]
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
- 23.04.2024 [17:44]
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar
- 23.04.2024 [17:21]
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib
- 23.04.2024 [16:48]