ELM VƏ TƏHSİL
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisas seçimi aparılır VİDEO
Bakı, 9 avqust (AZƏRTAC). Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə (boş qalan plan yerlərinin sayı 1442-dir) ixtisas seçimi aparılır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ixtisas seçimi avqustun 11-dək davam edəcək. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.