ELM VƏ TƏHSİL


Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu bu gün başa çatır

Bakı, 10 may, AZƏRTAC

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu bu gün başa çatır.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, portal.edu.az vasitəsilə həyata keçirilən proses mayın 10-u saat 23:59–da bitəcək.

Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində “Şəxsi kabinet” açmalıdır. Namizədlər “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən “İmtahana buraxılış” statusu təyin edilərək müraciət edənin “Şəxsi kabineti”ndə əks olunacaq.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına “Şəxsi kabinet”ində “İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.