REGİONLAR


Ali təhsil prosesinə startap yanaşma mövzusuna həsr edilmiş onlayn seminar maraqlı diskussiya şəraitində keçib

Naxçıvan, 2 iyun, AZƏRTAC

“Naxçıvan” Universitetinin professor-müəllim heyətinin innovasiya fəaliyyətinin daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin icraçı direktoru İsa Qasımovun təqdimatı ilə “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda onlayn seminar olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə “Naxçıvan” Universitetinin Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Şamil Hümbətov çıxış edərək, bu mövzuda keçirilən seminarların əhəmiyyətindən danışıb.

Daha sonra İsa Qasımovun “Ali təhsil prosesində elmin kommersiyalaşdırılması və startap yanaşması” mövzusunda çıxışı dinlənilib. O bildirib ki, son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın və əqli mülkiyyətin qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən bu qayğı, əslində dövlətçiliyin möhkəmləndirilməsi və xalqın milli-mədəni tərəqqisinə xidmət edən siyasətin tərkib hissəsidir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir.

Startap layihələrin əhəmiyyətindən bəhs edən natiq bu layihələrin gənclər arasında innovasiya sahibkarlığı yanaşmasının inkişaf etdirilməsinə, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına və onun reallaşdırılmasına töhfə verdiyini bildirib.

Seminar diskussiya şəraitində davam etdirilib və sonda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.