ELM VƏ TƏHSİL


Ali təhsildə ixtisas seçiminin əhəmiyyəti və əmək bazarının tələbləri təhlil edilib

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə “İnklüziv inkişafı naminə gənclərin peşə seçiminin əsasları: ali təhsil və əmək bazarının təhlili” adlı layihənin növbəti onlayn təlimi keçirilib.

Dostluq Gənclərin Əlaqələndirmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, təlimdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, ekspertlər, tələbələr, mərkəzin üzvləri və könüllülər iştirak ediblər. Mərkəzin məsləhətçisi, dosent Yusif Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) müəllimi, siyasi şərhçi Zaur Məmmədov, Dövlət Vergi Xidmətinin əməkdaşı, DİA-nın müəllimi Şahzadə Mədətova, iqtisadçı Eyyub Kərimov, AGRO Konsultasiya Mərkəzinin icraçı direktoru Rayaxanım Ağazadə, ictimai fəal gənclərdən Elmar Vəliyev, Cavidan Ağazadə və digərləri çıxış edərək inklüziv cəmiyyətin inkişafı, postpandemiya dövründə peşə təhsilinin əhəmiyyəti, ali təhsildə ixtisas seçiminin əhəmiyyəti, əmək bazarının tələbləri ilə gənclərin peşə seçimlərinin uyğunlaşdırılmasından danışıblar. Eyni zamanda, problemin sosial, iqtisadi aspektləri təhlil edilib, Azərbaycan Prezidenti İlham Əliyevin “Biz qara qızılı insan qızılına-potensialına çevirməliyik” konsepsiyasının bu gün çox uğurla həyata keçirildiyi qeyd edilib.

Sonra mövzu üzrə müzakirələr aparılıb. Müzakirələrdə dünyanın postsənaye dövrünə, bilik iqtisadiyyatına keçid dönəmində insan amilinin dominantlığı faktı və bu reallığın gələcəkdə gənclərin peşə seçimlərində cəmiyyətin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

Onlayn təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.