ELM VƏ TƏHSİL


Ali təhsildə keyfiyyət təminatına dair beynəlxalq foruma yekun vurulub

Bakı, 19 may, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşkilatçılığı ilə “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı Beynəlxalq Forum öz işini yekunlaşdırıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, forumun 2-ci günü ali təhsil müəssisələrinin üzvləri üçün vorkşoplar təşkil edilib. Vorkşoplarda xarici ekspertlər tərəfindən təhsil proqramlarının dizaynı, xarici keyfiyyət təminatı prosesində müstəqillik və məsuliyyətin əhəmiyyəti və problem əsaslı öyrənmənin təşkili üçün strategiyalar və üsullar müzakirə edilərək qabaqcıl təcrübələr iştirakçıların diqqətinə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.