ELM VƏ TƏHSİL


Ali təhsillə bağlı suallar cavablandırılacaq

Bakı, 14 fevral, AZƏRTAC

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”nda hansı dəyişikliklər olunub?

Ali məktəblərə hazırlaşan tələbələri maraqlandıran ən vacib yeniliklərə Cəsarət Valehovun təqdimatı ilə fevralın 14-də saat 12.00-da Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı olaraq yayımlanacaq Təhsil TV-nin “Həftənin sualı” verilişində aydınlıq gətiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, verilişin qonağı bu qurumun aparat rəhbərinin müavini Yaqub Piriyevdir.

Sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yazmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.