MƏDƏNİYYƏT


“Əli və Nino” filminin bu gündən İspaniyanın müxtəlif şəhərlərində nümayişinə başlanılıb

Madrid, 15 sentyabr, AZƏRTAC 

Madridin “Cine Paz” kinoteatrında “Əli və Nino” filminin ilkin təqdimatı olub. Filmin bu gündən İspaniyada rəsmi nümayişinə başlanılıb. İngilis dilində yayımlanan film ispan subtitrləri ilə müşayiət olunur.

Layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Akademy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

Madriddə keçirilmiş ilkin təqdimatda filmə böyük maraq müşahidə olunub.

Bir həftə ərzində "Əli və Nino" filmi Barselonada "Icaria Yelmo Cineplex" və "Comedia" kinoteatrlarında da nümayiş etdiriləcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.