ELM VƏ TƏHSİL


Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal yarışlarına start verilib

Bakı, 29 noyabr, AZƏRTAC

Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Zəfər Gününə həsr edilmiş futzal yarışlarına start verilib. Yarışlar Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 22-si Bakı, 11-i ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən 33 ali və orta ixtisas təhsili müəssisəsinin komandalarının mübarizə apardığı yarışa dekabrın 24-də yekun vurulacaq.

Yarışların birinci mərhələsində komandalar püşkatma yolu ilə 8 yarımqrupa bölünərək mübarizə aparacaq. Sonrakı mərhələlər pley-off, yarımfinal və final oyunlarını əhatə edir. AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq oyunlar Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərinin, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Göygöl Olimpiya İdman Kompleksinin idman zallarında keçiriləcək.

Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Çempionatda fərqlənən 4 tələbə futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu”, “Ən yaxşı oyunçu” və “Ən intizamlı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.

Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yerli ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futbol idman növünün kütləviliyinin təmin edilməsi, beynəlxalq yarışlarda iştirak üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsidir. Ölkənin yeniyetmə, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futbolçuların seçiminin təminatı, tələbələr arasında ən güclü futzal komandasının müəyyən edilməsidir. Eyni zamanda, beynəlxalq turnirlərdə iştirak edəcək komandaların təyin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.