DÜNYA
“Alibaba”: bir saatda 5 milyard dollarlıq “online” satış
Bakı, 11 noyabr, AZƏRTAC
Çində “Alibaba” elektron ticarət saytı dünyanın ən böyük alış-veriş günü kimi qəbul edilən noyabrın 11-də “subaylar günü”nün ilk 7 dəqiqəsində 10 milyard yuan (1,43 milyard dollar), ilk saatında isə 36,2 milyard yuan (təxminən 5 milyard dollar) məbləğində satışa nail olub.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Kommunist Partiyasının rəsmi orqanı olan “Global Times” qəzetinin məlumatına əsasən, ölkənin internet ticarətinin nəhəngi ötən ilin eyni gününün ilk saatındakı 3,9 milyard dollarlıq rekordunu 25 faizlik artımla yeniləyib. Ticarətin böyük əksəriyyəti mobil cihazların satışı ilə bağlı olub.
Qeyd edək ki, Çində internet vasitəsilə ticarətin 84 faizi “Alibaba” saytı üzərindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [14:54]
“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb
- 20.04.2024 [14:20]
“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib
- 20.04.2024 [13:27]
Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək
- 20.04.2024 [11:51]
Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb
- 20.04.2024 [11:29]
Almaniya 2022-ci ildə təhsil və tədqiqat işlərinə 370 milyard avro xərcləyib
- 20.04.2024 [11:27]