DÜNYA


“Alibaba” onlayn şopinq festivalında 74,1 milyard dollarlıq satış reallaşdırıb

Pekin, 12 noyabr, AZƏRTAC

Çinin “Alibaba” elektron ticarət şirkətinin platformalarında “Yalnızlar günü” ilə əlaqədar keçirilən 11 günlük şopinq festvalı dövründə 74,1 milyard ABŞ dolları (498,2 milyard yuan) dəyərində satış qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, noyabrın 1-dən 12-dək davam edən endirimli şopinq festivalında 800 milyondan çox alıcı 5 milyondan çox mağazanın məhsullarından sifarişlər verib. Festival dövründə müştərilərə 2,32 milyard bağlama göndərilib ki, bu da Çində 2010-cü ildə qeydə alınan illik göstəriciyə yaxın olub.

Çinin digər elektron ticarət platforması olan “JD.com”da isə təxminən 41 milyard dollarlıq satış qeydə alınıb.

Qeyd edək ki, Çinin ticarət şəbəkələri hər il 11-ci ayın 11-də “Yalnızlar günü” ilə əlaqədar alıcılara böyük endirimlər təklif edir. “Alibaba” şirkəti tərəfindən 2009-cu ildən etibarən onlayn satış platformalarında bu kampaniya tətbiq olunur. Bu il festival noyabrın 1-dən başlayıb.

Koronavirus pandemiyası Çində elektron ticarətin daha da populyarlaşmasına müsbət təsir göstərib. Belə ki, ilin ilk 9 ayında elektron ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz çox olub. Bu dövrdə elektron ticarət ölkədə ümumi pərakəndə ticarətin 24,3 faizini əhatə edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.