DÜNYA


“Alibaba” şirkətinin sahibi Cək Ma kunq fu filminə çəkilir

Pekin, 2 noyabr, AZƏRTAC

Çinin internet ticarət nəhəngi “Alibaba Group”un sahibi Cək Ma məşhur aktyor Sammo Xun ilə birgə kunq fu filminə çəkilir.

AZƏRTAC Çin mətbuatına istinadla xəbər verir ki, məlumatı Cək Ma təsdiqləyib. “Mühafizə və müdafiə sənəti” mənası verən “Gong Shou Dao” adlı 20 dəqiqəlik film gələn həftə təqdim olunacaq. Hələlik filmin süjet xətti barədə məlumat verilmir.

Ekran əsərində tanınmış aktyorlardan Cet Li, boks ulduzu Cou Şimin, keçmiş sumo çempionu Asaşoryu Akinori (Monqolustan) da çəkilir.

Qeyd edək ki, Çinin ən zəngin iş adamlarından olan “Alibaba Group”un sahibi və icraçı direktoru Cək Ma ənənəvi şərq döyüş sənətlərinə, xüsusən kunq fu və tay çiyə böyük maraq göstərir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.