CƏMİYYƏT


Əlil və qəyyumluqda olan uşaqlar üçün Yeni il şənliyi keçirilib

Bakı, 25 dekabr, AZƏRTAC

Xəzər Universitetinin Dünya məktəbində əlil və qəyyumluqda olan uşaqların bayram sevinclərini artırmaq, onları əyləndirmək məqsədi ilə Yeni il şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, uşaqlara, gənc nəslə göstərilən dövlət qayğısından danışıb.

Şaxta baba və Qar qız uşaqları maraqlı çıxışları və bayram sovqatları ilə sevindirib, Dünya məktəbinin və 6 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin hazırladıqları bədii-musiqili proqram iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Şənliyin sonunda uşaqların hər birinə hədiyyələr təqdim olunub, aztəminatlı ailələrə bayram sovqatları verilib.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Xəzər Dünya məktəbi və “Zəka” adası tədris mərkəzinin təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.