REGİONLAR


Əlilə evində motorlu araba hədiyyə edilib

İsmayıllı, 25 may, AZƏRTAC

İsmayıllı şəhər sakini I qrup əlil İlham Dadaşova evində motorlu əlil arabası hədiyyə olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, icra başçısı Nahid Bağırov bu günlərdə əzələ xəstəliyindən əziyyət çəkən vətəndaşı videobağlantı ilə qəbul edib. Müalicənin gedişi və bu sahədə çətinliklərdən danışılıb. İ.Dadaşov elektron əlil arabasına ehtiyacı olduğunu bildirilib.

Virtual qəbuldan iki gün sonra icra başçısı dövlət qayğısından irəli gələn hədiyyəni vətəndaşa evində verib, onu Ramazan bayramı və 28 May – Respublika Günü münasibətilə təbrik edib. Karantin qaydalarına riayiət olunaraq təşkil edilən görüşdə rayon sakini qısa vaxtda göstərilən köməyə görə təşəkkürünü bildirib. İ.Dadaşov fiziki fəaliyyətinin məhdudluğu ilə əlaqədar hər ay dövlətdən aldığı təqaüdə görə də minnətdarlığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.