ELM VƏ TƏHSİL


Əlillərin təhsil haqqının dövlət hesabına ödənilməsinin müsbət təsirini indidən proqnozlaşdırmaq mümkündür

Bakı, 13 may, AZƏRTAC

Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncamı həm sosial, həm də iqtisadi cəhətdən məqsədəuyğundur. Sərəncam Azərbaycanın sosial dövlət statusunda mövqeyi baxımından çox önəmlidir.

Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat kafedrasının professoru Elşad Məmmədov AZƏRTAC-a müsahibəsində məlumat verib.

O qeyd edib ki, Azərbaycanda ilin əvvəlindən sosial istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin mayın 3-də imzaladığı I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncam bu istiqamətdə atılmış növbəti addımdır. Bu, həmçinin ölkədə həyata keçirilən sosial paketə aid tədbirlərin ardıcıllığını təmin edən idarəetmə qərarı kimi dəyərləndirilməlidir.

Sosial siyasətə aid tədbirlərin iqtisadi səmərəsini deyən Elşad Məmmədov bildirib ki, iqtisadi effekt ölkədə həm son, həm də məcmu tələbin genişləndirilməsinə xidmət edir. Bu da işgüzar fəallığın artmasına, ölkədə daxili bazarın, o cümlədən istehlak bazarının genişlənməsinə bilavasitə müsbət təsir göstərə bilər. Dövlətimizin başçısının müvafiq Sərəncamının həm sosial, həm iqtisadi nöqteyi-nəzərdən ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini indidən proqnozlaşdırmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.