CƏMİYYƏT


Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə yarışların yarımfinal mərhələsi başlayıb

Bakı, 30 noyabr, AZƏRTAC

3 Dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əlilliyi olan şəxslər arasında stolüstü idman oyunları üzrə keçirilən VI Ümumrespublika yarışlarının yarımfinal mərhələsi başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunan yarışların yarımfinalında 86 nəfər əlilliyi olan şəxs iştirak edir.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 5 idman növü (şahmat, dama, nərd, stolüstü tennis və qol gücü) üzrə keçirilən yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb və iştirakçıların bir hissəsi də 18 yaşadək əlilliyi olan şəxslərdir.

Yarışların təşkili əlilliyi olan şəxslərin idmana, habelə stolüstü idman oyunlarına maraqlarının artırılmasına, onların idman bacarıqlarının üzə çıxarılması və dəstəklənməsinə, həmçinin sosial inteqrasiyasına xidmət edir.

Yekun mərhələ kimi final mərhələsi keçiriləcək və qaliblərə mükafatlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.