CƏMİYYƏT


Əlilliyi olan şəxslər üçün Avropa Xidmət Təminatçıları Assosiasiyasının Baş Assambleyasının iclası keçirilib 

Sosial Xidmətlər Agentliyi təşkilatın üzvlüyünə qəbul edilib

Bakı, 9 may, AZƏRTAC

Əlilliyi olan şəxslər üçün Avropa Xidmət Təminatçıları Assosiasiyasının Baş Assambleyasının onlayn platformada iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda səmərəli və keyfiyyətli sosial xidmət sistemləri vasitəsilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məsələləri, yeni layihələrin müzakirəsi aparılıb. Eyni zamanda, təşkilata üzv olmaq üçün təşkilat və qurumların müraciətlərinə baxılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi təşkilata tamhüquqlu üzvlüyə qəbul olunub.

Assosiasiya səmərəli və keyfiyyətli sosial xidmət sistemlərinin köməyi ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məqsədinə xidmət edir. 35 ölkədən qurumların qatıldığı təşkilata üzv olmaq sosial xidmətlər sahəsində Avropanın ixtisaslaşmış mərkəzləri ilə birbaşa əlaqələrin yaradılması, tematik işçi qrupların tərkibində fəaliyyət, Avropada sosial xidmətlər üzrə tədqiqat və digər layihələrdə iştirak imkanları yaradır.

Yaxın vaxtlarda Assosiasiya ilə ən yaxşı təcrübələrin öyrənilməsi üçün silsilə görüşlərə başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.