CƏMİYYƏT


Əlilliyi olan şəxslər üçün Virtual İnnovasiyalar Parkı yaradılır

Bakı, 18 iyun, AZƏRTAC

Əlilliyi olan şəxslərin əmək bazarına və biznes mühitinə çıxış, məşğulluq və cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün Virtual İnnovasiyalar Parkının yaradılması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən Virtual İnnovasiyalar Parkı layihəsinin konsepsiyası hazırlanıb.

Bu virtual platforma əlilliyi olan şəxslərin inklüziv əsasda məşğulluğuna, onların biznes ideyalarının, innovativ təklif və təşəbbüslərinin, startaplarının üzə çıxarılaraq reallaşdırılmasına, habelə onlayn satış imkanlarının artırılmasına dəstək verəcək.

Hər bir istifadəçi üçün fərdi elektron kabinetin yaradılması nəzərdə tutulub. Bu vasitə ilə əlilliyi olan şəxslər həm də onlayn kitabxanalardan, asudə vaxtlarını səmərəli keçirmələri üçün virtual şəraitdən istifadə edə biləcəklər.

Virtual İnnovasiyalar Parkında onlar üçün təlim-tədris, beynəlxalq konfranslarda iştirak, onlayn psixoterapiya və psixoloq məsləhəti imkanlarının yaradılması, əlilliyi olan şəxslərin ideya bankının formalaşdırılması və s. da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.