CƏMİYYƏT


Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır

Bakı, 9 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Reabilitasiya” altsistemi yaradılır. Altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında elektron formada məlumat mübadiləsinə şərait yaradacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin elektron qaydada, şəffaf və obyektiv aparılmasına, bu sahəyə nəzarətin operativ və təkmil qurulmasına imkan verəcək.

Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən reabilitasiya tədbirləri və onun nəticələri də “Reabilitasiya” altsisteminə daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və fərdi reabilitasiya proqramının icrası çərçivəsində həmin məlumatlar əsasında onların müvafiq qərar verməsi mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.