CƏMİYYƏT


Əlilliyi olan şəxslərə reabilitasiya vasitələri yaşadıqları rayonlarda təqdim edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bölgələrdə səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi davam etdirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmət tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarında yaşayan 67 nəfər əlilliyi olan şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara aparılaraq təqdim edilib.

Onlara 6 əlil arabası, 78 cüt protez ayaqqabı, 1 cüt ortopedik ayaqqabı, 2 ədəd aşağı ətraf protezi və ortezi, 44 ədəd əsa, 34 cüt dirsəkaltı, 13 cüt qoltuqaltı ağac, 1 ədəd bandaj, 98 ədəd güdül üçün corab, 20 ədəd dizlik, yara əleyhinə 10 ədəd döşəkcə, 14 ədəd dartıcı elastik boru və 85 ədəd rezin ucluq verilib.

Növbəti mərhələdə İsmayıllı, Qəbələ, Oğuz, Şamaxı və Qobustan rayonlarında yaşayan əlilliyi olan şəxslərə də səyyar formada protez-ortopedik xidmətlərin göstərilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.