CƏMİYYƏT


Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır

Bakı, 23 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində əlilliyi olan şəxslərin Elektron İnformasiya Bazası yaradılır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, informasiya bazasına əlilliyi olan şəxslər barədə zəruri məlumatlar daxil ediləcək.

Məlumat üçün bildirək ki, 2015-ci ilin dekabr ayından etibarən ölkəmizdə əlilliyin qiymətləndirilməsi prosesi elektronlaşdırılıb. Həmin dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış əlilliyi olan şəxslər barədə elektron sistemdə məlumatlar mövcud olmadığından yeni informasiya bazasına qeyd olunan dövrə qədər müddətsiz əlillik təyinatı aparılmış 170 minədək şəxs barədə məlumatlar daxil ediləcək. Bazada müddətsiz əlillik dərəcəsi olan şəxslərlə yanaşı, müddətli əlillik təyinatı aparılmış vətəndaşların da məlumatları toplanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.