CƏMİYYƏT


“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Baş Nazir Novruz Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Qərar imzalayıb.

AZƏRTAC xəbər verir ki, Qərarın imzalanmasında məqsəd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.20-ci yarımbəndinin icrasını təmin etməkdir.

Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1- ci bəndinə uyğun edilə bilər.

Qərarda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqini həyata keçirən subyektlər, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi istiqamətləri, üsulları, müddəti, müyəssərliyin, inklüzivliyin, əlilliyə görə ayrı-seçkiliyin və ağlabatan uyğunlaşdırma qaydalarına riayət olunmasının müşahidələri, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin informasiya və kommunikasiya texnologiyaları təminatı, əlilliyi olan şəxslərin hüquqları sahəsində həyata keçirilmiş dövlət monitorinqinin nəticələri kimi müddəalar yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.