CƏMİYYƏT


Əlilliyi olanlar ötən ay 2659 reabilitasiya vasitəsi ilə təmin edilib

Bakı, 6 fevral, AZƏRTAC

Bu ilin yanvarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1032 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 125 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ay əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 86 aşağı və yuxarı ətraf, habelə döş protezi, 61 yuxarı və aşağı ətraf protezi, 666 müxtəlif reabilitasiya vasitəsi, 722 cüt ortopedik və protez ayaqqabı, 94 dördayaqlı dayaq vasitəsi, 65 cüt qoltuqaltı ağac, 149 cüt dirsəkaltı ağac və s. verilib.

Yanvarda 87 nəfər əlilliyi olan şəxs isə əlil arabaları ilə təmin edilib. Ümumilikdə ötən ay əlilliyi olan şəxslər mərkəzin xətti ilə 2659 reabilitasiya vasitəsi ilə təmin olunublar, 83 nəfərə mərkəzin stasionar bölməsində reabilitasiya xidmətləri göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.