MƏDƏNİYYƏT


Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir VİDEO

Bakı, 23 yanvar, AZƏRTAC

Heydər Əliyev Sarayının “Tarixi səhnə” layihəsinin növbəti qonağı Xalq artisti Alim Qasımov olub.

Bu barədə AZƏRTAC-a Heydər Əliyev Sarayından bildirilib.

Xalq artisti Alim Qasımov müsahibəsində qeyd edib ki, Heydər Əliyev Sarayında çox böyük mədəniyyət və incəsənət xadimləri çıxış edib. Azərbaycan xalqının ən gözəl tədbirləri burada keçirilib və xalq bu tədbirlərdən hər zaman böyük zövq alıb: “Bu səhnə tarixi səhnədir. Bu səhnədə çıxış etmək heç də asan deyil. Çox şadam ki, mənim də yaradıcılığımın ən yaxşı illərində imtahan verdiyim konsertlər məhz bu sarayda olub və xalqımız sağ olsun ki, məni tək buraxmayıblar. Mənim üçün bu səhnə çox əzizdir”.

Qeyd edək ki, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun ideya müəllifi olduğu layihənin hazırlanmasında əsas məqsəd, tarixi səhnə - Heydər Əliyev Sarayının Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimlərinin həyat və yaradıcılığındakı xüsusi rolunu, müstəsna əhəmiyyətini və maraqlı xatirələrin geniş kütləyə çatdırılmasıdır.

“Tarixi səhnə” layihəsi, 1972-ci ildən tamaşaçıların ixtiyarına verilən, paytaxtımızın memarlıq simasında xüsusi yeri olan, Azərbaycan mədəniyyəti və incəsənətinin uzun illər nümayiş olunduğu, möhtəşəmliyi ilə seçilən, ictimai-siyasi, mədəni kütləvi tədbirlərə ev sahibliyi edən, önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdırılan Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Sarayına həsr olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.