MƏDƏNİYYƏT
Alim Qasımov Hindistanda beynəlxalq festivalda iştirak edəcək VİDEO
Bakı, 19 yanvar AZƏRTAC
Azərbaycanın xalq artisti Alim Qasımov yanvarın 21-də Hindistanın Jaypur şəhərində keçiriləcək beynəlxalq “Jaipur” ədəbi festivalında geniş konsert proqramı ilə çıxış edəcək.
Xanəndənin mətbuat katibi Səadət Möhübova AZƏRTAC-a bildirib ki, konsertdə xanəndə, qızı əməkdar artist Fərqanə Qasımova ilə eyni səhnəni bölüşəcək.
ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələri təmsil edən musiqiçilərinin iştirak edəcəkləri festivalda Azərbaycan muğam cütlüyünü Rafael İsgəndərov (balaban), Rauf İslamov (kamança), Zəki Vəliyev (tar) müşayiət edəcək.
Festivalda Alim Qasımov və Fərqanə Qasımova əcnəbi tamaşaçılara bir-birindən gözəl muğamlarımızı və xalq mahnılarını təqdim edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]