ELM VƏ TƏHSİL


Alimin 70 illik yubileyi qeyd edilmişdir

Bakı, 28 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 28-də Mərkəzi Arxiv İdarəsində siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovun 70 ilik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri açan Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktor müavini Bəhram Zahidov İnstitutun əməkdaşı Məmmədağa Sərdarovu yubileyi münasibətilə təbrik etmiş, onun həyatı və elmi fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Məmmədağa Sərdarov ali ixtisas və siyasi təhsil almışdır. Əvvəl müəllim işləmiş, sonra komsomol və partiya orqanlarında çalışmışdır. Uzun müddət Respublika Xalq Nəzarəti Komitəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Nazirlər Kabinetində məsul vəzifələrdə işləmişdir.

B.Zahidov qeyd etmişdir ki, M.Sərdarov 1999-cu ildən elmi fəaliyyətlə məşğuldur. Siyasi elmlər üzrə fəlsəfə doktorudur, iki monoqrafiyanın və 20-dən artıq elmi məqalənin müəllifidir. Dəfələrlə qaçqınlar və miqrasiya məsələləri üzrə keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir.

M.Sərdarov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, 150-dən çox məqalə və oçerki dərc edilmişdir.

Bildirilmişdir ki, səmərəli ictimai–siyasi və elmi fəaliyyətinə görə M.Sərdarov Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Rəşadətli əməyə görə” medalı və digər mükafatlarla təltif olunmuşdur.

Tədbirdə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev, Bakı Dövlət Universitetinin kafedra müdiri İzzət Rüstəmov və başqaları çıxış edərək yubilyarı təbrik etmiş, onunla bağlı xatirələrini söyləmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.