DÜNYA


Alimlər Xeops ehramında gizli otaq aşkarlayıb

Bakı, 2 noyabr, AZƏRTAC

Alimlər Misirdəki Xeops ehramında əvvəllər məlum olmayan gizli otaq aşkarlayıb. Bu barədə məlumatı “Nature” jurnalı yayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, həmin otağın uzunluğu ən azı 30 metrdir. O, Böyük qalereyanın altında yerləşir və dar maili dəhliz şəklindədir.

Gizli otaq ehramda kosmik şüaların köməyi ilə aparılan tədqiqat zamanı aşkarlanıb. Tədqiqat zamanı alimlər içəriyə daxil olmadan ehramda boşluqları göstərməyə imkan verən myuon (leptonlar ailəsindən olan elementar hissəcik növlərindən biri) radioqrafiyası metodundan istifadə ediblər.

Mütəxəssislər otağın hansı məqsədlə istifadə olunduğunu hələlik müəyyən edə bilməyiblər.

Qeyd edək ki, bu ehram təxminən 4,5 min il əvvəl, IV qədim Misir sülaləsinin hakimiyyəti illərində daha çox Xeops kimi tanınan firon Xufunun əmri ilə tikilib. O, uzun müddət dünyanın ən hündür tikilisi olaraq qalıb. Qahirə şəhəri yaxınlığında yerləşən ehramın hündürlüyü 139 metr, eni isə bünövrəsində 250 metrdir. Dünyanın ən qədim və iri tarixi abidələrindən biri olan Xeops ehramının necə tikildiyi barədə hələ də vahid fikir mövcud deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.