DÜNYA
Alimlər Zika virusunun daşıyıcısı olan hamilə qadınların sayının 1.6 milyona çatacağını deyirlər
Bakı, 5 avqust, G.Məlikova, AZƏRTAC
Böyük Britaniya alimlərinin hesablamalarına görə yaxın iki-üç ildə Cənubi və Şimali Afrikada yaşayan 1.6 milyon gənc ana və onların dünyaya gətirdiyi körpələr Zika virusunun qurbanı ola bilərlər.
AZƏRTAC Vista News saytına istinadla xəbər verir ki, bundan əlavə göstəricilərə görə dünyada adı gedən virusa yoluxanların ümumi sayının 90 milyonu keçəcəyi bildirilir.
İngilis mütəxəssislər bu nəticəyə virusun sürətlə inkişaf zamanı hansı fəsadları törədəcəyinin öyrənilməsi yönündə, onların özləri tərəfindən quraşdırılmış cihazın vasitəsilə gəliblər. Hesablamalar rəqəmsal texnikanın köməyi ilə əhalinin sıxlığını, iqlim şəraitini və bir sıra başqa nüansları nəzərə alınaraq aparılıb.
Bütün bu faktorları nəzərə alaraq göstəricilərə görə dünyada Zika virusundan ən çox Braziliya əhalisi əziyyət çəkəcək. Nəticənin gözlənilməz tərəflərindən birinin Haiti və Kubanın da zərər çəkəcək ölkələr siyahısında olmasıdır ki, bununla əlaqədar adı çəkilən ölkələrə xəbərdarlıq edildiyi bildirilir.